Ahmad Uimbldon - Britaniya iqtidarı hərşey edir ki, Abxaziya və Cənubi Osetiyada Rusiya intervensiyası dayandırılsın
Böyük Britaniya parlamentinin lordlar palatasında ilk dəfə Gürcüstan haqqında“Rusiyanın Gürcüstanın suverenliyinə hörmət etməsini və onun ərazisindən əsgərlərini çıxardmasını necə təmin edək” adlı müzakirə keçirildi.
Qeyd olunan məsələ ilə bağlı suallara dövlət naziri Ahmad Uimbldon cavab verirdi.
“Lordlar palatasına bildirmək istəyirəm ki, Böyük Britaniyanın Xarici İşlər Naziri Boris Conson Moskvaya səfəri zaman, bu məsələyi Rusiyanın xarici İşlır Naziri Sergey Lavrovla müzakirə etdi. Birləşmiş Krallıq Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Keçən il Böyük Britaniya, Abxaziya və Cənubi Osetiyanın Gürcüstan əraziləri olduğu haqqında rezolyusiyayı dəstəklədi.
Rusiya, Abxaziya və Cənubi Osetiyada intervensiyasına davam edir. Sizi əmin etmək istəyirəm ki, Böyük Britaniya bu intervensiyanın dayandırılması üçün əlindən gələni edir.
Biz istəyirik ki, Gürcüstanda demokratiya stabil şəkildə inkişaf etsin. Bu məqsədlə, biz Gürcüstana 5,5 milyon qirvanka-sterlinq ayıracağıq və bu mövzu ilə bağlı Gürcüstan iqtidarı ilə iki tərəfli formatda danışıqlar aparırıq” – dedi Ahmad Uimbldon.
Bu məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.