Ağ Evin yaxınlığında Fələstin tərəfdarı olan mitinqin iştirakçısı, jurnalist Samuel Mena özünü yandırmağa cəhd edib

16:31, 06.10.2024

Ağ Evin yaxınlığında Fələstin tərəfdarı olan nümayişin iştirakçısı, jurnalist Samuel Mena özünü yandırmağa cəhd edib.

Hadisə mitinq başlayandan təxminən iki saat sonra, 1000-dən çox nümayişçinin mitinqə toplaşdığı vaxt baş verib.

Xarici KİV-in yazdığına görə, Mena sol qolunu yandıra bilsə də, polislər və nümayiş iştirakçıları onu xilas edə biliblər.

Lakin “Washington Post”un yazdığı kimi, Samuel Mena İsraillə Qəzza zolağı arasında gedən müharibəni işıqlandırdığı üçün öz peşəsindən məyus olub və özünü günahkar hesab edib.

“Mən jurnalistəm və biz buna məhəl qoymuruq, dezinformasiya yayırıq”. – Samuel Mena dedi.

Polisin məlumatına görə, kişi xəstəxanaya aparılıb.

Oxşar