Ağ Evin sözçüsü - Rusiya Kaxovka bəndinə nəzarət edir və bu müharibənin səbəb olduğu dağıntılara görə məsuliyyət daşıyır
Rusiya ordusu Ukraynaya müdaxilə etməsəydi, Kaxovka bəndinin dağıdılması mümkün olmazdı, bundan irəli gələrək hadisəyə görə stansiyaya nəzarət edən Rusiya Federasiyası məsuliyyət daşıyır.-bu sözləri Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.
Onun sözlərinə görə, Ağ Ev su elektrik stansiyasının partlayış səbəblərinin qiymətləndirilməsinə başlayacaq.
“Biz baş verənləri qiymətləndirməyə davam edəcəyik. Ukraynalılarla ünsiyyətimiz var. Gördüyümüz dağıntı və partlayış ürək ağrıdır. Biz Ukrayna xalqına kömək etmək üçün hər şeyi edirik. Bu bənd Rusiya tərəfindən idarə olunurdu və onlar bu müharibənin törətdiyi dağıntılara görə məsuliyyət daşıyırlar”, – deyə Karin Jan-Pyer bildirib.