Ağ Evin mətbuat katibi - Co Bayden İran prezidentinin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatlandırılıb
Ağ Evin mətbuat katibi - Co Bayden İran prezidentinin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatlandırılıb

Ağ Evdə bildirirlər ki, Co Bayden İran prezidenti İbrahim Rəisin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatlandırılıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pierre hadisə ilə əlaqədar əlavə təfərrüat barədə danışmayıb.

Xatırladaq ki, media İran prezidentinin helikopterinin qəzaya uğraması ilə bağlı məlumat yaydı. Bununla yanaşı, daha sonra İranın daxili işlər naziri bəyan etdi ki, İran prezidenti İbrahim Rəisin helikopteri “ağır şəkildə eniş etdi”. Medianın məlumatına görə, Rəisi İran-Azərbaycan sərhəd zolağından qayıdırdı və şimal-qərbdə yerləşən Təbriz şəhəri istiqamətinə gedirdi. İran və Azərbaycan prezidentləri bəndin açılış mərasimində iştirak etdilər.