Ağ Evdə, Co Baydenin seçkilərdə namizədliyini geri götürməyi düşünmədiyini bəyan edirlər
Ağ Evdə, Co Baydenin seçkilərdə namizədliyini geri götürməyi düşünmədiyini bəyan edirlər

 
Prezident Co Bayden seçkilərdə namizədliyini geri götürməyi düşünmür-bu haqda Ağ Evdə müvafiq suala cavab olaraq bildiriblər.

Ağ Evin sözçüsü Karin Jan-Pierin qeyd etdiyi kimi, prezident insanların bu sualı verməsinin ədalətli olduğunu başa düşür, lakin o, Baydenin əla göründüyünü düşünür.

Donald Tramp və Co Baydenin teledebatına gəlincə, Ağ Evin nümayəndəsinin qiymətləndirməsinə əsasən, bu, ən yaxşı debat olmayıb və buna səbəb kimi o, prezidentin uçuş səbəbilə yorğunluğunu göstərib.

“Bu, onun ən yaxşı debatı deyildi. Biz bunu başa düşürük və seçicilərin, Amerika xalqının və sizin hamınızın gördüyünü də başa düşürük. Buna görə də prezident izahat vermək istəyirdi”- deyə mətbuat katibi açıqlayıb.