Ağ Ev bildirir ki, Co Bayden İsrail və Livanda baş verən hadisələri diqqətlə izləyir
Ağ Ev bildirir ki, Co Bayden İsrail və Livanda baş verən hadisələri diqqətlə izləyir

Ağ Ev bildirir ki, Co Bayden İsrail və Livanda baş verən hadisələri diqqətlə izləyir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsünün sözlərinə görə, Baydenin göstərişi ilə amerikalı yüksək vəzifəli məmurlar israilli həmkarları ilə əlaqə saxlayırlar.

“Biz İsrailin özünümüdafiə haqqını dəstəkləməyə və regionda sabitlik üçün çalışmaqda davam edəcəyik”. – Ağ Evdə elan edildi.

Pentaqon da İsrailin müdafiəsini dəstəkləməyə hazır olduqlarını bildirir.

Bundan əvvəl “Hizbullah” qruplaşmasının İsrail istiqamətində yüzlərlə raket atdığı, İsrailin isə Livan ərazisinə qabaqlayıcı zərbələr endirdiyi məlum olub.

İsrail Müdafiə Qüvvələri hava hücumlarının Livanın cənub hissəsində həyata keçirildiyini bildirib. Onların sözlərinə görə, İsrail zərbələri “Hizbullah”ın İsrailə hücuma hazırlaşdığı aydınlaşdıqdan sonra həyata keçirib.