Ağ Ev - ABŞ sərhədin müdafiəsi üçün yeni tədbirlər tətbiq edir, buna əsasən də ABŞ-Meksika sərhədini qanunsuz keçən insanlar sığınacaq ala bilməyəcəklər
Ağ Ev - ABŞ sərhədin müdafiəsi üçün yeni tədbirlər tətbiq edir, buna əsasən də ABŞ-Meksika sərhədini qanunsuz keçən insanlar sığınacaq ala bilməyəcəklər

 
ABŞ Prezidenti Co Bayden sərhədin müdafiəsi üçün yeni tədbirlər tətbiq edir, buna əsasən də ABŞ-Meksika sərhədini qanunsuz keçən insanlar sığınacaq ala bilməyəcəklər-bu haqda bəyanatı Ağ Ev yayır.

“Prezident Bayden hesab edir ki, biz sərhədlərimizi müdafiə etməliyik. Məhz buna görə cənub sərhədimizi qanunsuz keçən miqrantların sığınacaq almaması üçün bu gün sərəncam verib. Cənub sərhədində insidentlərin yüksək səviyyəsi bu gün olduğu kimi vaxtında cavab vermək imkanlarımızı aşdıqda bu tədbirlər işə salınacaq”- deyə bəyanatda qeyd olunub.

Həmçinin, bəyanatda sözügedən yeni tədbirlərin daimi olmadığı deyilir. Sərhədi keçməyi planlaşdıran miqrantların sayı Amerika sisteminin sərhəd əməliyyatlarını təhlükəsiz və effektiv şəkildə idarə etməsi üçün kifayət qədər az olduqda, tədbirlər dayandırılacaq.