Afrikada meymun çiçəyinin yayılmasına görə fövqəladə vəziyyət elan ediblər
Afrikada meymun çiçəyinin yayılmasına görə fövqəladə vəziyyət elan ediblər

 
Afrikada meymun çiçəyinin yayılmasına görə fövqəladə vəziyyət elan ediblər.

“BBC”nin məlumatına əsasən, Afrikanın Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinin mütəxəssisləri xəstəliyin yayılma tempindən narahat olduqlarını bildiriblər.

İlin əvvəlindən bu günədək Konqo Demokratik Respublikasında meymun çiçəyinin yeni ştammına 13 mindən çox yoluxma halı qeydə alınıb. 450 nəfər həlak olub.

Virus eləcə də Afrikanın digər dövlətlərinə yayılıb. Burundi, Mərkəzi Afrika Respublikası, Keniya və Ruanda bu ölkələr arasındadır.

Məlumat üçün bildirək ki, iyulun 29-da Avropanın Xəstəliklərə Nəzarət Mərkəzində Avropada çiçək xəstəliyinin yeni ştammının yayılma riskinin çox aşağı olduğunu bəyan etdilər.