Afrikada, Burkina-Fasoda fransız əsgərlərinə hücum etdilər.
Fran Press-in məlumatına görə, hücumçular fransız əsgərlərinin konvoyuna motosiklet ilə yaxınlaşdılar və onlara tərəf partlayıcı qurğunu atdılar.
Partlayış nəticəsində üç dinc sakin xəsarət aldı. Hücum Burkina-Fasoya Fransa prezidentinin səfərindən iki saat əvvəl baş verdi.
Fransız hərbiçiləri bölgədə, “Barhan” əməliyyatı çərçivəsindədirlər. Əməliyyatın məqsədi cihadçıların məhv edilməsidir.
Fransa prezidenti Afrika turnesi çərçivəsində Qanaya da gedəcək.