Afinanın şəhərətrafında meşə yanğını nəticəsində bir nəfər həlak olub
Afinanın şəhərətrafında meşə yanğını nəticəsində bir nəfər həlak olub

 
Afinanın şəhərətrafında meşə yanğını nəticəsində bir nəfər həlak olub. Bu haqda məlumatı “BBC” yayır.

Medianın məlumatında, yanğınlar nəticəsində yaranmış çətin vəziyyətə görə minlərlə insanın təxliyə edildiyi deyilir. Yanğının söndürülməsi işlərinə 700-dən çox yanğınsöndürən, 199 yanğınsöndürən avtomobil və 35 təyyarə cəlb olunub.

Avropa ölkələri Yunanıstana kömək etməyə hazır olduqlarını bəyan ediblər. “BBC”nin məlumatına əsasən, İtaliya Yunanıstana iki təyyarə, Fransa və Serbiya isə hərəyə bir helikopter verəcək. İspaniya, Çexiya və Rumıniya əlavə avtomobillər, personal və müxtəlif növ yardımlar göndərəcəklər. Türkiyə isə iki təyyarə və helikopter göndərməyi planlaşdırır.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien bildirib ki, Avropa İttifaqı “dağıdıcı yanğınlarla mübarizə apararkən Yunanıstanın yanında olacaq”.

Məlumat üçün bildirək ki, Yunanıstanda meşə yanğını avqustun 11-də baş verib. Quraqlıq, güclü külək və relyef təbii fəlakətə qarşı mübarizəni çətinləşdirir.