Afinada, naməlum şəxslər Ukrayna səfirliyinə hücum etməyə cəhd etdilər.
Ukraynanın xarici işlər naziri Pavel Klimkinin Twitter-də yazdığına görə, nəticədə xəsarət alan olmayıb.
Onun dediyinə görə, Afinada yerləşən Ukrayna səfirliyinə hücum molotv kokteili ilə həyata keçirildi.
Ukraynanın xarici işlər nazirinin dediyinə görə, səfirlik ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Faktla bağlı istintaqa başlandı.