Afinada dörd Gürcüstan vətəndaşı 200-ə qədər evin soyulmasında ittiham edilərək, həbs edildi
Gürcüstanın Daxili İşlər Nazirliyinin Yunanistandaki polis attaşesinin və yunan polisinin intensiv əməkdaşlığı nəticəsində, gürcü cinayət qrupunun dörd üzvü həbs edildi, – Bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Krimimnal Polis Departamentinin təşkil edilmiş cinayətlərlə mübarizənin baş idarəsinin rəhbəri Mamuka Çelidze bugünki brifinqdə bəyan etdi.
“Gürcü və yunan hüquqmühafizəçiləri tərəfindən üç ay ərzində keçirilən operativ-istintaq tədbirləri nəticəsində Afina şəhərində Gürcüstanın dörd vətəndaşı həbs edildi.
İstintaq nəticəsində məlum oldu ki, cinayətkarlar öncə soyulacaq mənzilləri seçirdilər, sonra isə, soyurdular. Məlum oldu ki, həbs edilənlər Yunanistan ərazisində təqribən 200-ə qədər mənzil soyublar.
Daxili İşlər Nazirliyi Avropalı kolleqaları ilə intensiv əməkdaşlığı gələcəkdə də davam edəcək” – dedi Mamuka Çelidze.