Afina yaxınlığında bir neçə meşə yanğını ilə mübarizə aparılır
Afina yaxınlığında bir neçə meşə yanğını ilə mübarizə aparılır

Yunanıstanda Afina yaxınlığında bir neçə meşə yanğını baş verib.

Yerli medianın məlumatına görə, ilkin olaraq yanğın səhər saatlarında üç yaşayış məntəqəsi – Markopulos, Karistos və Naxos adası yaxınlığında baş verib. Yanğınsöndürənlər yanğını söndürə biliblər.

Naxosda ehtiyatsızlıqdan yanğın törətməkdə şübhəli bilinən yerli sakin həbs edilib.

Hazırda yanğının yaşayış binalarına çatdığı və bir neçə həyətyanı sahəni əhatə etdiyi Korofi və Kitsi bələdiyyələri ərazisindəki yanğını lokallaşdırmağa çalışırlar.

Güclü külək alovun yayılmasına kömək edir. Yanğın zonalarından yerli əhalinin təxliyəsi davam etdirilir.