Advokatları Donald Trampa məsləhət edirlər ki, xüsusi prokuror tərəfindən dindirilməyə razılaşmasın
Advokatları ABŞ prezidenti, Donald Trampa məsləhət edirlər ki, xüsusi prokuror tərəfindən dindirilməyə razılaşmasın, – bu barədə məlumatı” New York Times” yayır.
Robert Müller 2016-cı il ABŞ prezident seçkilərində Rusiyanın qarışması məsələsini araşdırır.
Birləşmiş Ştatların Prezidenti qeyd etdi ki, onun komandası ilə ruslar arasında heç bir sövdələşmə olmayıb.
Yayılan məlumata görə, Müllerin qrupu prezidentin dindirilməsini yaxın gələcəkdə planlaşdırır. Xüsusi Prokurorluğun nümayəndələri Trampın komandasının bir neçə üzvünü dindirdilər.