ABŞ Yəməndəki husi hədəflərinə hücum edib

11:31, 22.12.2024

ABŞ Yəməndəki husi hədəflərinə hücum edib. Hücum Yəmənin paytaxtı Sənada, İranın dəstəklədiyi husilərin raket anbarı və komanda məntəqəsinin yerləşdiyi yerdə həyata keçirilib.

Hərbçilər bildirirlər ki, hücumlar ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinə və ticarət gəmilərinə hücum kimi husilərin əməliyyatlarını pozmaq məqsədi daşıyır.

Hərbçilər bildiriblər ki, zərbə ABŞ-ın öz və koalisiya personalını, regional tərəfdaşlarını və beynəlxalq gəmiçiliyi qorumaq öhdəliyini əks etdirir.

Oxşar