ABŞ və Ukrayna yeni Strateji Tərəfdaşlıq Xartiyası imzalayacaqlar
ABŞ və Ukrayna yeni Strateji Tərəfdaşlıq Xartiyası imzalayacaqlar

Ukrayna və ABŞ noyabrın 10-da Vaşinqtonda Strateji Tərəfdaşlıq Komissiyasının iclasını keçirəcək və bu iclasda yeni Strateji Tərəfdaşlıq Xartiyası imzalanacaq. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. Məlumatı Ukrayna mətbuatı yayıb.

“ABŞ ilə strateji tərəfdaşlığın, xüsusilə də təhlükəsizlik sahəsində gücləndirilməsi xarici siyasət strategiyamızın əsas prioritetlərindən biridir. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, dövlət katibi Entoni Blinken və mən noyabrın 10-da Vaşinqtonda Ukrayna-ABŞ Strateji Tərəfdaşlıq Komissiyasının iclasını keçirəcəyik və burada yeni Strateji Tərəfdaşlıq Xartiyasını imzalayacağıq”, – Kuleba bildirib.

Onun sözlərinə görə, yeni nizamnamə Ukrayna və ABŞ-ın birgə çağırışlarına cavab verəcək, iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün çərçivə təmin edəcək, “Rusiyanın təcavüzü fonunda” birliyi möhkəmləndirəcək və ikitərəfli münasibətləri dərinləşdirəcək praktiki sənəddir.