ABŞ və Türkiyə prezidentləri ikitərəfli əlaqələrin dərinləşdirilməsi barəsində söhbət etdilər
ABŞ və Türkiyə prezidentləri Suriya münaqişəsi və ikitərəfli əlaqələrin dərinləşdirilməsi barəsində söhbət etdilər.
Donal Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti baş tutdu. Müzakirənin əsas mövzusu Suriyada mövcud olan durum idi.
Anadolu agentliyinin məlumatına görə, iki ölkə prezidenti razılaşdı ki, ikitərəfli və bölgə məsələləri ilə bağlı yaxın əlaqə qarunub saxlanılsın.
Türk mediasının məlumatına görə, Tramp və Ərdoğan Sinaqoqaya qarşı həyata keçirilən hücumu pislədilər.
Paralel olaraq məlum oldu ki, Suriyada Amerika və Türkiyə hərbiçiləri birgə patrulluğun ilk mərhələsinə başladılar.