ABŞ və Braziliya Amazon meşələrinin qorunması üçün 100 milyon dollar ayıracaqlar
ABŞ və Braziliya Amazon meşələrinin qorunması üçün 100 milyon dollar ayıracaqlar

Amerika Birləşmiş Ştatları və Braziliya Amazon meşələrinin qorunması üçün 100 milyon dollar ayıracaqlar.

Amerikan medyasının yaydığı məlumata görə, qeyd olunan məlumat ABŞ Dövlət Katibi və Braziliyanın Xarici İşlər Nazirinin görüşündən sonra məlum oldu.

Maik Pompeo və Ernestu Araujo Vaşinqtondaki görüş zamanı razılaşdılar ki, iki ölkə arasında ortaq investisiya fondu yaradılacaq, hansı ki, Amazonun tropik meşələlində bio-rənqarəngliyin qorunması təmin edəcək. 100 milyonluq fond 11 il ərzində işləyəcək.

Diplomatların görüşündən sonra, Braziliyanın Xarici İşlər Naziri bəyan etdi ki, qeyd olunan məsələdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq Avropalı liderlərin etdiyi təkliflərdən çox daha efektiv olacaq.

Xatırladaq ki, Biarritsdə, Böyük Yeddiliyin sammitində, Avropa liderləri Braziliyaya yanğınla mübarizə üçün 20 milyon dollarlıq yardım təklif etdilər, ancaq Braziliya prezidenti Jair Bolsonaro təklifdən imtina etdi.