ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq, – bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonda Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşdən əvvəl bildirib.

“Mən fəxr edirəm ki, ABŞ tezliklə Ukraynaya dəyəri 2,3 milyard dollardan çox olan yeni yardım paketi verəcək. Bu paket ABŞ-ın ehtiyatlarından daha çox hava hücumundan müdafiə, tank əleyhinə silah və digər kritik döyüş sursatlarını təmin edəcək”, – Ostin bildirib.

Bununla yanaşı, Ostin Ukraynanın NATO-ya üzv olmaq istəyini qeyd edib.

“Biz Ukraynanın NATO-ya üzv olmağa doğru gedən körpüyü inşa etmək üçün addımlar atacağıq”, – Ostin bildirib.