ABŞ Ukraynaya 3,4 milyard dollar birbaşa büdcə yardımı ayırdığını açıqlayı

21:08, 30.12.2024

ABŞ Ukraynaya 3,4 milyard dollar birbaşa büdcə yardımı ayırdığını açıqlayıb. Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellenin bəyanatında deyilir.

“Bizim Ukraynaya büdcə dəstəyimiz Rusiyanın mülki şəxslərə və kritik infrastruktura hücumlarını artırdığı kritik bir vaxta təsadüf edir. ABŞ və müttəfiqlərimizin iqtisadi yardımı Ukraynanın öz suverenliyini qorumaq və ədalətli sülhə nail olmaq, eyni zamanda onun cəsarətli mübarizəsini dəstəkləyən mühüm dövlət xidmətlərini saxlamaq qabiliyyəti üçün çox vacibdir”. – Yellenin bəyanatında deyilir.

Yellenin sözlərinə görə, bu məbləğ 2024-cü ildə Ukraynaya dəstək üçün Konqresin təsdiqlədiyi ikipartiyalı paketin sonuncu hissəsidir.

“Bizim birbaşa büdcə dəstəyimiz hələ də hüquq-mühafizə orqanlarının gücləndirilməsi ilə bağlı islahatların həyata keçirilməsini, həmçinin dövlət institutlarının şəffaflığının və səmərəliliyinin artırılmasını, həmçinin korrupsiyaya qarşı mübarizə qayda və prosedurlarının gücləndirilməsini nəzərdə tutur”. – Bəyanatda qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden də Ukraynaya dəyəri 2,5 milyard dollara yaxın olan yeni yardım paketini açıqlamışdı.

Oxşar