ABŞ Ukraynaya 275 milyon dollar dəyərində hərbi yardım ayırması ilə bağlı açıqlama verdi
ABŞ Ukraynaya 275 milyon dollar dəyərində hərbi yardım ayırması ilə bağlı açıqlama verdi

ABŞ Ukraynaya 275 milyon dollar dəyərində hərbi yardım ayırması ilə bağlı açıqlama verdi.

ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunduğu kimi, bu yardım Rusiyanın Xarkova hücumunu dəf etməyə etmək üçün yönəlmiş səyinin bir hissəsidir.

Yeni yardım paketinə HIMARS üçün döyüş sursatı, 155 və 105 millimetrlik artilleriya mərmiləri, “Javelin” və “AT4″ün tank əleyhinə sistemlər, tank əleyhinə minalar, raketlər, həmçinin, digər silahlanma və avadanlıq daxildir.

Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə ABŞ-ın yeni yardım paketinə münasibət bildirdi və qeyd etdi ki, bu paket məhz indi, düşmənin cəbhə xətti boyunca hücumlarını gücləndirdiyi bir zamanda kritik əhəmiyyət kəsb edir.