ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı - Yəmənli "Husi"lər Qırmızı dənizdə iki neft tankerinə hücum ediblər, hər iki tankerə ziyan dəyib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı - Yəmənli "Husi"lər Qırmızı dənizdə iki neft tankerinə hücum ediblər, hər iki tankerə ziyan dəyib

 
Yəmənli üsyançı “Husi”lər Qırmızı dənizdə iki neft tankerinə hücum ediblər. Bu haqda məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayır.

Panama və Səudiyyə Ərəbistanı bayrağı altında üzən gəmilər hücumun hədəfinə çevriliblər.

ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, hər iki neft tankerinə ziyan dəyib. Biri təxminən iki milyon barel xam neftlə yüklənibmiş.

Bununla yanaşı, “Reuters” agentliyinin xəbər verdiyi üzrə, yan-yana üzən neft tankerləri zərbədən sonra yollarına davam edə biliblər.

Avqustun 21-də “Husi”lər Yunanıstana məxsus “MV Delta Sounion” neft tankerinə hücum ediblər. Qırmızı dənizdə bu hücumun nəticələrinin aradan qaldırılması işləri bu vaxtadək davam edir. Zədələnmiş gəmi yanır və ekoloji fəlakət riski yaradır. İki rus və 23 filippinlinin olduğu gəminin ekipajı təxliyə edilib.

“Husi”lər tərəfindən bu ehtiyatsız terror aktları regional və qlobal ticarəti sabitsizləşdirməyə davam edir, həmçinin mülki dənizçilərə və dəniz ekosistemlərinə təhlükə yaradır” – ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.