ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri - Ukrayna, Moldova və Gürcüstanı təbrik edirəm, vətəndaşlarınızın tələb etdiyi islahatları dəstəkləməyi səbirsizliklə gözləyirik
Ukraynanı, Moldovanı və Gürcüstanı təbrik edirəm – ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin bu barədə sosial şəbəkədə yazır və Avropa Şurası tərəfindən dekabrın 14-də qəbul edilmiş qərara münasibət bildirir.
“Ukrayna, Moldova və Gürcüstanı təbrik edirəm! Biz bu irəliləyişi təqdir edirik və vətəndaşlarınızın tələb etdiyi islahatları dəstəkləməyi səbirsizliklə gözləyirik. Bu irəliləyiş transatlantik ittifaqda öz layiqli yerinizi tutduqca gələcəkdə nələrin olacağına işarədir” – ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri yazır.