ABŞ Senatının Xarici Əlaqələr Komitəsi - Gürcüstan, Ukrayna və Moldovanın yeri Avro-Atlantik ailədədir
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Avropa Komissiyasının dünənki qərarına münasibət bildirir.
Senatın bəyanatında qeyd edildiyi kimi, Gürcüstan, Ukrayna və Moldovanın yeri Avro-Atlantik ailədədir.
“Yaxşı yeni xəbər, Avropa Komissiyası Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı, həmçinin Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsini tövsiyə edib. Ukrayna, Gürcüstan və Moldovanın yeri Avro-Atlantik ailədədir” – senatın bəyanatında deyilir.
Noyabrın 8-də Avropa Komissiyası Avropa Şurasına Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini tövsiyə edib.