ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib
The U.S. Capitol is seen as Senate Democrats and Republicans sought to reach an agreement on to avert a debt crisis in Washington, U.S., October 7, 2021. REUTERS/Joshua Roberts
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib.
Qanun layihəsini 79 senator dəstəkləyib, 18 əleyhinə səs verib. Tərəfdarların əksəriyyəti demokratlar təşkil edir.
Prosessual olaraq, qanun layihəsinin təsdiq olunmalı və həyata keçirilməsi üçün indi ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır. Baydenin dediyi kimi, o, qanun layihəsi qəbul edilən kimi onu imzalayacaq.
“Bu gün Vladimir Putin Amerikanın qərarını şübhə altına aldığı günə peşman ola bilər”, – deyə Senat çoxluğunun lideri Çak Şumer yekun qərarı açıqlamazdan əvvəl bildirib.
Senat tərəfindən təsdiqlənmiş paket Nümayəndələr Palatasının keçən həftə ayrı-ayrı qanun layihəsi olaraq qəbul etdiyi dörd qanun layihəsini birləşdirir.
Dörd qanun layihəsindən birində Ukraynanın 61 milyard dollar, ikincisində isə İsrailin 26 milyard dollar məbləğində yardımı nəzərdə tutulub. Üçüncü qanun layihəsi Hind-Sakit Okean regionu üçün 8,1 milyard dollar ayırmağı ehtiva edir ki, bu da əsasən Çinin bölgədə, xüsusən də Tayvana qarşı təcavüzünün qarşısını almaq məqsədi daşıyır. Dördüncü qanun layihəsinə gəlincə, o, “Tik-Tok” sosial şəbəkəsinin qadağan edilməsinə, həmçinin Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinə və İrana qarşı yeni sanksiyalar tətbiq imkan verir.