ABŞ Senatı Entoni Blinkeni, Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı əməllərinə görə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağıran qətnaməni yekdilliklə qəbul edib
ABŞ Senatı Entoni Blinkeni, Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı əməllərinə görə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağıran qətnaməni yekdilliklə qəbul edib

 

ABŞ Senatı Entoni Blinkeni, Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada saysız-hesabsız günahsız kişi, qadın və uşaqların ölümü ilə nəticələnən əməllərinə görə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağıran qətnaməni yekdilliklə qəbul edib. Müvafiq sənəd Senatın saytında dərc olunub.

“New York Times” analoji qətnamənin Nümayəndələr Palatasında təqdim edildiyi və gözlənildiyi kimi, spiker Nensi Pelosinin onun fəal tərəfdarı olması barədə yazır. Lakin, Dövlət Departamentinin bir ölkəni terrorizmin sponsoru kimi tanımaq səlahiyyəti var.

ABŞ Kuba, Şimali Koreya, İran və Suriyanı terrorizmin sponsoru kimi tanıyır.

“Prezident Putinin göstərişi ilə Rusiya Federasiyasının Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı mülki mərkəzləri ayrı-seçkilik etmədən atəşə tutulmasına rəhbərlik etməsi və saysız-hesabsız günahsız kişi, qadın və uşaqların ölümü ilə nəticələnmiş əmrlər verməsini nəzərə alaraq; Həmçinin, Rusiya Federasiyasının silahlı qüvvələrinin Ukraynanın hər yerində günahsız dinc sakinlərin kütləvi şəkildə ölümə məhkum edilməsi və öz vəhşiliklərini kütləvi məzarlıqlarla ört-basdır etməyə cəhd etdiyini nəzərə alaraq, Senat prezident Vladimir Putinin göstərişi ilə Rusiya hökumətinin törətdiyi əməlləri terrorist aktlarının maliyyələşdirilməsi kimi qiymətləndirir; Həmçinin, dövlət katibini Rusiya Federasiyasını “terrorizmin sponsoru” olan dövlətlər siyahısına daxil etməyə çağırır” – deyə qətnamədə deyilir.