ABŞ Senatı aprelin 23-də Ukrayna və İsrailə yardım paketini səsverməyə qoyacaq
ABŞ Senatı aprelin 23-də Ukrayna və İsrailə yardımla bağlı qanun layihələrini səsverməyə qoyacaq.
Bu barədə ABŞ Senatının əksəriyyətinin lideri Çak Şumer sosial şəbəkədə yazır.
Çak Şumerin qeyd etdiyi üzrə, Senat milli təhlükəsizliklə bağlı növbəti addımı atmağa hazırdır.
“Nümayəndələr Palatası nəhayət Ukrayna, İsrail, Hind-Sakit Okean və humanitar yardımların maliyyələşdirilməsini təsdiqləyib”,- Şumer sosial şəbəkədə yazır.