ABŞ Senatı - 2008-cü ildə Gürcüstana intervensiya, Rusiyanın ərazilərə sahib olmaq üçün istifadə etdiyi gücün bariz nümunəsidir
ABŞ Senatında Xarici Əlaqələr komitəsində demokratlar tərəfindən hazırlanan hesabatda Gürcüstana ayrı bir baş həsr olunur.
200 səhifəlik sənədin adı “Putinin Rusiya və Avropada demokratiyaya asimetrik hücümünun ABŞ-ın milli təhlükəsizliyi üçün nəticəsi”-dir.
Hesabatı Konqresin nüfüzlu senatoru Ben Kardin təqdim etdi.
Hesabatda deyilir ki, 2008-cü ildə Gürcüstana intervensiya, Rusiyanın ərazilərə sahib olmaq üçün istifadə etdiyi gücün bariz nümunəsidir.
Hesabata əsasən, hələ iyulun 20-də Gürcüstan iqtidarı kiber-hücüm obyektinə çevrildi və prezident Mixeil Saakşvilinin veb-səhifəsi 24 saat ərzində blok edilmişdi.
Sənəddə həmçinin, deyilir ki, 2008-ci ilin avqust müharibəsi zamanı, kiber-hücüma Polşa və Estoniya iqtidarları da məruz qaldılar.
Sənəddə qeyd edilir ki, Gürcüstandaki müharibəyə ABŞ-da Buş administrasiyasının Obama administrasiyasına keçməsinin dövrü rast gəldi və görünür ki, Ağ Evi tərk etməkdə olan iqtidar Rusiyaya sanksiya qoymaqda maraqlı deyildi.