ABŞ Səfirliyinin məlumatına görə, axtarışda olan iki şəxs Gürcüstandan ABŞ-a ekstradisiya edilib
ABŞ Səfirliyinin məlumatına görə, axtarışda olan iki şəxs Gürcüstandan ABŞ-a ekstradisiya edilib

 

ABŞ-ın Gürcüstandakı Səfirliyinin məlumatına görə, Narkotiklərlə Mübarizə İdarəsi (DEA) tərəfindən axtarışa verilmiş Mohammed Yassin və Həsən Əbdül Rəhman Gürcüstandan ABŞ-a ekstradisiya edilib.

Səfirliyin məlumatına görə, Yassin Livanda yerləşən və xidmətlərindən dünyanın hər yerindən narkotik alverçiləri tərəfindən istifadə edilən çirkli pulların yuyulması təşkilatının rəhbəridir.

“2021-ci ilin sentyabrında Tbilisi Beynəlxalq Hava Limanında DEA ilə əməkdaşlıq çərçivəsində Yasin və Rəhmanı Mərkəzi Kriminal Polis İdarəsi saxlayıb. 2022-ci ilin martında Gürcüstanın Ali Məhkəməsi onların ekstradisiyasına dair qərar çıxarıb və bu DEA tərəfindən axtarışa verilmiş şəxslərin Gürcüstandan ekstradisiya edilməsinin ilk halıdır” – deyə səfirliyin bəyanatında deyilir.