ABŞ səfirliyindən sonra Yunanıstan, İtaliya və İspaniya səfirlikləri də hava hücumu təhlükəsi səbəbindən bu gün Kiyevdə fəaliyyətini dayandırıb
ABŞ səfirliyindən sonra Yunanıstan, İtaliya və İspaniya səfirlikləri də hava hücumu təhlükəsi səbəbindən bu gün Kiyevdə fəaliyyətini dayandırıb.
Yunanıstanın diplomatik missiyası vətəndaşları yerdəyişmədən çəkinməyə və təhlükəsiz yerlərdə qalmağa çağırır.
İspaniya səfirliyi Ukraynada yaşayan vətəndaşlara fövqəladə təhlükəsizlik tədbirləri görməyi, yerli hakimiyyət orqanlarının bütün tövsiyələrini nəzərə almağı və yaxınlıqda sığınacaq olduğundan əmin olmağı tövsiyə edir. Səfirlik qeyd edir ki, noyabrın 20-də bütün Ukrayna ərazisinə hava hücumu riskinin yüksək olması səbəbindən səfirlikdə işlər dayandırılıb.
İtaliya səfirliyi də vətəndaşlara səfirliyin işlərin dayandırması ilə bağlı xəbərdarlıq edib.
“ABŞ səfirliyi bu gün, noyabrın 20-də gözlənilən yüksək intensivli hava hücumu ilə bağlı məlumat yayıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar Kiyevdəki səfirlik bu gün ziyarətçilər üçün bağlı olacaq”, – səfirliyin saytında deyilir.
Bundan əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi bəyanat yayıb ki, ABŞ Ukrayna paytaxtına hava hücumu təhlükəsi ilə əlaqədar Kiyevdəki səfirliyini müvəqqəti bağlayıb.