ABŞ Səfirliyi - Strasburq məhkəməsinin qərarı, Rusiyadan Gürcüstanın suverenliyini pozmağı dayanadırması tələbinə daha böyük əhəmiyyət verir
ABŞ Səfirliyi - Strasburq məhkəməsinin qərarı, Rusiyadan Gürcüstanın suverenliyini pozmağı dayanadırması tələbinə daha böyük əhəmiyyət verir

Strasburq Məhkəməsinin avqust müharibəsi ilə bağlı verdiyi qərarla bağlı Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki Səfirliyi bəyanat yayır.

Bəyanatda deyilir ki, Strasburq Məhkəməsinin qərarı birmənalı olaraq, Gürcüstanın leyhinə verdi və Rusiyayı bir çox maddənin pozulmasında məsuliyyətli olduğunu elan etdi.

“Strasburq məhkəməsinin qərarı, Beynəlxalq ictimaiyyət tərəfindən Rusiyadan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini pozmağı dayanadırması tələbinə daha böyük əhəmiyyət verir.

Məhkəmə həmçinin, bilrdirdi ki, Rusiya müharibədən öncə və sonra baş verən hadisələrin tam istintaqını aparmadı.

Rusiya tərəfindən regionların borderizasiyası, inzibati xəttin pozulması və öz başına həbs etmələr Gürcüstan ərazisində yaşayan insanlar üçün təhlükə yaradır” – deyilir ABŞ Səfirliyinin bəyanatında.

Xatırladaq ki, Strasburq Məhkəməsi 2008-ci ilin avqust müharibəsi ilə bağlı qərar çıxartdı.

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın tələbini qəbul etdi və elan etdi ki, 2008-ci ilin avqust ayında, Rusiya İnsan Hüquqlarının Avropa Konvensiyasının bir neçə maddəsini pozdu.