ABŞ Səfirliyi - Səfirlik işçilərinin lobbiçilik firmalarından pul aldığını iddia edən və ya ona işarə edən zərərli məlumat birmənalı olaraq yalan və məsuliyyətsizdir
Amerika Birləşmiş Ştatları səfirliyin və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı yayılan məlumatlardan narahatlığını bildirir və qeyd olunan faktı dezinformasiya kimi qiymətləndirir. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin yaydığı bəyanatda deyilir.
“Qeyd etdiyimiz kimi, ABŞ-ın Tbilisidəki səfirliyində heç kim keçmiş prezident Saakaşvilinin lobbiçiliyində iştirak etməyib və onun lobbiçilərinə hər hansı görüşün planlaşdırılmasında köməklik etməyib. Səfirlik əməkdaşlarının lobbiçilik firmalarından pul aldığını iddia edən və ya ona işarə edən zərərli məlumatlar birmənalı olaraq yalan və məsuliyyətsizdir”, – deyə bəyanatda qeyd olunub.