ABŞ Səfirliyi - Rusiyanı Ukraynada müharibəyi dayandırmağa, Gürcüstanda isə, 2008-ci ildə imzalanmış atəşkəs razılaşması ilə olan bütün öhdəlikləri yerinə yetirməyə çağırırıq
ABŞ Səfirliyi - Rusiyanı Ukraynada müharibəyi dayandırmağa, Gürcüstanda isə, 2008-ci ildə imzalanmış atəşkəs razılaşması ilə olan bütün öhdəlikləri yerinə yetirməyə çağırırıq

Amerika Birləşmiş Ştatları Gürcüstanın Abxaziya bölgəsində martın 12-də keçirilmiş qondarma Parlament seçkilərinin legitimliyini və nəticələri tanımır, – bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin bəyanatında deyilir.

ABŞ Səfirliyi Rusiyanı Ukraynada müharibəyi dayandırmağa, Gürcüstanda isə, 2008-ci ildə imzalanmış atəşkəs razılaşması ilə olan bütün öhdəlikləri yerinə yetirməyə çağırır.

“Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyimiz dəyişməz şəkildə aydındır: bu bölgələr Gürcüstanın ayrılmaz hissəsidir. Müvafiq olaraq, biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha təsdiqləyirik. Bu fundamental prinsiplərə sadiqlik indi heç zaman olmadığı kimi vacibdir, xüsusən də Rusiyanın Ukraynada səbəbsiz, ədalətsiz və qəddar müharibə aparmağı seçməsi fonunda.

Müvafiq olaraq, Rusiyanı Ukraynada müharibəyi dayandırmağa, Gürcüstanda isə, 2008-ci ildə imzalanmış atəşkəs razılaşması ilə olan bütün öhdəlikləri yerinə yetirməyə çağırırıq, o cümlədən qoşunlarını münaqişədən əvvəlki mövqelərə çıxarmağa, Gürcüstannın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqil dövlət kimi tanınmasını geri götürməyə və bu bölgələrdə humanitar yardımın azad əlçatarlığını təmin etməyə”, – bəyanatda deyilir.