ABŞ səfirliyi - Rusiya Gürcüstan və Ukraynanın müstəqilliyindən nə qədər qıcıqlansa da, ABŞ öz tərəfdaşlarından üz döndərməyəcək
Rus dezinformasiya maşını inanır ki, absurd yalanları dəfələrlə təkrarlamaqla reallıq dəyişəcək və tarixi yenidən yazacaqlar-deyə ABŞ-ın Gürcüstandakı səfirliyinin “Facebook” səhifəsində qeyd edilir.
“Faktlar isə belədir:
1991-ci ildə Rusiya Gürcüstana təcavüz etdi
2008-ci ildə Rusiya Gürcüstana təcavüz etdi
2014-cü ildə Rusiya Ukraynaya təcavüz etdi
2022-ci ildə Rusiya Ukraynaya təcavüz etdi
Rusiya bu və digər hərbi əməliyyatların başlanmasında özündən başqa hamını günahlandırır. Əgər onlara inansaq, Ukraynada müharibəni Ukraynanın özü, NATO, ABŞ və nə qədər təəccüblü olsada yəhudi nasistləri başlayıb.
Qərbin birgə dəstəyi ilə Gürcüstan və Ukrayna öz suverenliyini və müstəqilliyini qoruyub saxlayaraq, ayaq üstə dayanır. Rusiya bu ölkələrin müstəqilliyindən nə qədər qıcıqlansa da, ABŞ öz tərəfdaşlarından üz döndərməyəcək. Qərb heç vaxt bu qədər bir olmamışdı”-deyə səfirliyin bəyanatında deyilir.