ABŞ səfirliyi - hakim partiyanı qanun layihələrindən rəsmi şəkildə imtina etməyə, siyasi liderləri isə Aİ-yə namizəd statusu almaq üçün zəruri islahatlar üzərində birgə işləməyə çağırırıq
Biz “Gürcü Arzusu”nun “Xarici təsir haqqında” hər iki qanun layihəsinin geri çəkilməsi ilə bağlı qərarını alqışlayırıq- bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
Səfirlik hakim partiyanı qanun layihələrindən rəsmi şəkildə imtina etməyə və bu tipli qanunvericiliyə əl atmamağa çağırır.
“Gürcü xalqı bir daha açıq şəkildə bildirdi ki, Gürcüstan üçün yeganə seçim təhlükəsiz və uğurlu Avropa gələcəyidir. “Gürcü Arzusu”nun “Xarici təsir haqqında” hər iki qanun layihəsinin geri çəkilməsi ilə bağlı qərarını alqışlayırıq. Biz hakim partiyanı qanun layihələrindən rəsmi şəkildə imtina etməyə, gürcü və Avropa dəyərlərinə və fundamental azadlıqların qorunmasına uyğun gəlməyən bu tip qanunvericiliyə əl atmamağa təkidlə çağırırıq. Biz Gürcüstanın siyasi liderlərini Gürcüstan vətəndaşlarının aydın arzusu olan Avropa İttifaqına namizəd statusunun əldə edilməsi üçün təcili ehtiyac duyulan islahatlar üzərində səmimi şəkildə birgə işləməyə çağırırıq” -deyə ABŞ səfirliyinin bəyanatında deyilir.