ABŞ səfirliyi Gürcüstanın Müdafiə Qüvvələrinə 11,5 milyon dollar dəyərində avadanlıq verib
ABŞ səfirliyi Gürcüstan Müdafiə Qüvvələrinə 26 ton təhlükəsizlik yardımı verib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayır.
Səfirlikdən verilən məlumatda avadanlıqların dəyərinin 11,5 milyon dollar olduğu və müdafiə qüvvələrinə imkanlarını gücləndirmək üçün verildiyi deyilir.
“Bu gün Gürcüstanın Müdafiə Qüvvələrinin imkanlarını gücləndirmək üçün onlara 26 ton təhlükəsizlik yardımı çatdırdıq. Bu 11,5 milyon dollar həcmində avadanlıq ABŞ hökumətinin strateji tərəfdaşı olan Gürcüstanı dəstəkləməsinin yollarından biridir”-deyə məlumatda deyilir.