ABŞ Səfirliyi - Gürcüstanın gələcəyi əsasən hakimlərin əlindədir, bu, çox şərəfli və vacib məsuliyyətdir
ABŞ-ın Gürcüstandakı səfirliyi, səfir Kelli Deqnanın Konstitusiya Məhkəməsində keçirilən görüşü ilə bağlı məlumat yayıb.
Səfirliyin məlumatında qeyd edildiyinə əsasən, Kelli Deqnan məhkəmənin verdiyi qərarların hər zaman Gürcüstanın ən yaxşı maraqları ilə diktə ediləcəyinə ümid etdiyini bildirib.
“Gürcüstanın gələcəyi əsasən hakimlərin əlindədir. Bu, çox şərəfli və mühüm məsuliyyətdir. Səfir Deqnan Gürcüstanda olduğu müddətdə bir çox məhkəmələrə baş çəkmişdir. Bir çox hakimlə tanış oldu və onların fəaliyyəti, çağırışlar haqqında onlarla söhbət etmişdir. Gürcüstanın Konstitusiya Məhkəməsinə səfəri zamanı səfir, Gürcüstanın demokratikləşməsi yolunda bu məhkəmənin əhəmiyyətini xüsusi qeyd etdi və məhkəmənin qəbul etdiyi qərarların hər zaman Gürcüstanın ən yaxşı maraqları ilə diktə ediləcəyinə ümid etdiyini bildirdi. ABŞ bu məqsədlə Gürcüstanla əməkdaşlığa sadiqdir”, – səfirlikdən bildiriblər.