ABŞ Səfirliyi - faciəvi şəkildə həlak olan sərhədçilərin, fövqəladə hallar idarəsinin və ilkin yardım edənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk
Qudauridə baş verənfaciə ilə əlaqədar ABŞ-ın Gürcüstandakı Səfirliyi faciəvi şəkildə həlak olan sərhədçilərin, fövqəladə hallar idarəsinin və ilkin müdaxilə edənlərin ailələrinə və yaxınlarına başsağlığı verir.
“ABŞ-ın Gürcüstandakı səfirliyi faciəvi şəkildə həlak olan sərhədçilərin ailələrinə və yaxınlarına, fövqəladə hallar idarəsinin əməkdaşlarına və ilk müdaxilə edənlərə dərin hüznlə başsağlığı verir. ABŞ Səfirliyinin bütün komandası, onların Gürcüstanın təhlükəsizliyini qorumaq öhdəliyinə sadiqliyinin xatirəsini yad edir”,- Səfirliyin bəyanatında deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 29-da Qudauri yaxınlığında iki nəfər paraplanla uçarkən qayalıq yamaca düşdü. Xilasetmə əməliyyatına Sərhəd Polisinə məxsus helikopter cəlb olunub, hansı da tədbir zamanı idarəsini itirdi və qəzaya uğradı. Helikopterin göyərtəsində dörd ekipaj üzvü, o cümlədən Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin iki xilasedicisi və Səhiyyə Nazirliyinin fövqəladə halların koordinasiyası və təcili yardım mərkəzinin iki həkimi var idi. Hadisə yerinə gələn Daxili İşlər naziri, Vaxtanq Qomelaurinin sözlərinə görə, helikopterdə olan 8 nəfərin hamısı həlak oldu. Daxili işlər nazirinin sözlərinə görə, xarici turist də halak oldu, hansının xilas edilməsi üçün əməliyyat aparılırdı. Bununla yanaşı, paraplanın düşməsi nəticəsində xəsarət alan bir nəfər də klinikaya yerləşdirildi. Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili başsağlığı məktubunda bəyan etdi ki, Qudauridə baş verən faciə ilə əlaqədar 30 iyul ölkədə matəm günü elan edilir.