ABŞ səfirliyi Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri Ceyms O'Brayenin Tbilisiyə səfəri ilə bağlı məlumat yayır
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri Ceyms O’Brayenin Gürcüstana səfəri ilə bağlı məlumat yayır.
Məlumatda qeyd edildiyi kimi, səfir Ceyms O’Brayen Gürcüstanın hakimiyyət nümayəndələri ilə ümumi maraq doğuran məsələləri, belə ki sanksiyalar və onların effektiv icrasını müzakirə etmək üçün iyunun 27-də Tbilisiyə səfər edəcək.
“Bu səfərin məqsədi birbaşa ünsiyyət kanalı və gələcək əməkdaşlıq dialoqu qurmağa xidmət edir. Bu birgə səfərdə həmçinin Aİ-nin Sanksiyalar üzrə despanı Devid O’Sallivan və Böyük Britaniya hökumətinin Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində iqtisadiyyat, elm və texnologiya sahələri üzrə baş direktoru Kumar Aier iştirak edəcək.
Səfər çərçivəsində baş nazir Ğaribaşvili, xarici işlər naziri Darçiaşvili, vitse baş nazir və iqtisadiyyat naziri Davitaşvili, maliyyə naziri Xutsişvili, Milli Bankın birinci vitse-prezidenti Turnava və baş prokuror Şotadze ilə görüşlər keçiriləcək.
Rusiya Ukraynaya qarşı amansız müharibəsini davam etdirdiyi üçün biz sıx əməkdaşlığı davam etdirməyi və sanksiyalardan yayınmanın qarşısını almaq üçün səyləri gücləndirməyi səbirsizliklə gözləyirik”-deyə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.