ABŞ Səfirliyi Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Riçard Nefyunun Gürcüstana səfəri ilə bağlı məlumat dərc edir
ABŞ Səfirliyi Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Riçard Nefyunun Gürcüstana səfəri ilə bağlı məlumat dərc edir

ABŞ Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Riçard Nefyu Gürcüstana səmərəli səfər edib. Bu barədə ABŞ səfirliyi sosial şəbəkədə yazır.

Səfirliyin məlumatına görə, Riçard Nefyu yüksək vəzifəli dövlət rəsmiləri, antikorrupsiya institutları, istintaq orqanları, özəl sektor və vətəndaş cəmiyyəti ilə görüşlərini yüksək qiymətləndirir.

“Korrupsiyaya qarşı mübarizə, xüsusilə hesabatlılıq və şəffaflığın təmin edilməsi yolu ilə hər bir ölkənin iqtisadi və demokratik yüksəlişində mühüm amildir. Səfər zamanı koordinator Nefyu korrupsiyaya qarşı qlobal mübarizədə ABŞ və Gürcüstan arasında mövcud səyləri və əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını dinləyib və müzakirə edib”- ABŞ səfirliyinin bəyanatında deyilir.