ABŞ səfirliyi - dinləmələr ilə bağlı qanunun məqsədyönlü şəkildə qəbul edilməsinə dair parlamentin qərarı Avropa standartlarına uyğun deyil, Venesiya Komissiyasının və tərəfdaşların tövsiyələrinə ziddir
Hökumətə öz vətəndaşlarına nəzarət etmək imkanını artıran dinləmələr ilə bağlı qanunun məqsədyönlü şəkildə qəbul edilməsinə dair parlamentin qərarı Avropa standartlarına uyğun deyil-bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
Səfirlikdə bu qanunun Gürcüstanı Avrointeqrasiyaya yaxınlaşdırmaq əvəzinə, ondan uzaqlaşdırdığını bildirirlər.
“Hökumətə öz vətəndaşlarına nəzarət etmək imkanını artıran dinləmələr ilə bağlı qanunun məqsədyönlü şəkildə qəbul edilməsinə dair parlamentin qərarı Avropa standartlarına uyğun deyil və Venesiya Komissiyasının və qərbli tərəfdaşların aydın tövsiyələrinə ziddir. Bu qanun Gürcüstanı Avrointeqrasiyaya yaxınlaşdırmaq əvəzinə, ondan uzaqlaşdırır”- deyə səfirliyin bəyanatında deyilir.