ABŞ səfirliyi - bu gün Gürcüstanın demokratiyası üçün qara gündür, Kremldən ilhamlanan qanunların parlament tərəfindən müzakirəsinin davam etdirilməsi Avropaya inteqrasiya istəyi ilə bir araya sığmır
Bu proses və qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar yaradır-bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında qeyd olunub.
“Bu gün Gürcüstan demokratiyası üçün qara gündür. Kremldən ilhamlanan qanunların parlament tərəfindən müzakirəsinin davam etdirilməsi Gürcüstanın Avropaya inteqrasiyası və ölkənin demokratik inkişafı ilə bağlı açıq-aşkar istəyi ilə bir araya sığmır. Bu qanunların müzakirəyə çıxarılması Gürcüstanın strateji tərəfdaşları ilə münasibətlərinə xələl gətirəcək və bir çox gürcü təşkilatlarının öz həmvətənlərinə kömək etmək üçün gördüyü mühüm işi məhv edəcək. Bu proses və qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar doğurur”- deyə bəyanatda qeyd olunub.