ABŞ Səfirliyi - bu gün dəstək layihələrimizdən birinə qarşı irəli sürülən ittihamlar yalandır, hökumətin narahatlığını müzakirə edəcəyimiz istənilən fürsəti təqdir edirik
Bu gün dəstək layihələrimizdən birinə qarşı irəli sürülən ittihamlar yanlışdır və Gürcüstana yardımımızın məqsədlərini kökündən təhrif edir, USAID 1992-ci ildən Gürcüstan xalqını dəstəkləyir, hər zaman olduğu kimi bu, dəstək şəffafdır və hökumətin narahatlığını müzakirə edəcəyimiz istənilən fürsəti təqdir edirik-bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunduğu kimi, vətəndaşların öz fikir və istəklərini sərbəst ifadə etmək hüququ istənilən demokratiyanın təməlidir və hər iki ölkənin paylaşdığı dəyərdir.
“İki ildən artıqdır ki, USAID insanlara ailələri və ictimaiyyət üçün vacib olan məsələlərdə səslərini ucaltmağa kömək etmək istiqamətində CANVAS ilə əməkdaşlıq edir. CANVAS ilə əməkdaşlıq çərçivəsində uşaqların onkoloji xəstəliklərinin müalicəsinin təkmilləşdirilməsini tələb edən analar və ahılların hüquqlarını müdafiə edən şəxslər üçün treninqlər keçirilib. Əsassız hücumlara baxmayaraq, biz insanlara onların müəyyən etdiyi və layiq olduğu gələcəyi və Gürcüstan Konstitusiyası ilə təminat verilən fundamental hüquqları qorumağa kömək edən gürcü təşkilatlarını dəstəkləməyə davam edəcəyik”- bəyanatda deyilir.