ABŞ Səfirliyi – Bu gün biz gürcü tərəfdaşlarımızla birlikdə, Gürcüstanı müdafiə edərkən həyatını qurban verənlərin və müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalanların fədakarlığını və cəsarətini yad edirik
ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Kortni Ostrian Suxuminin süqutu günü ilə əlaqədar Qəhrəmanlar Memorialını əklillə bəzəyib.
ABŞ-ın Gürcüstandakı səfirliyi Facebook səhifəsində məlumat yayır.
“Bu gün Suxuminin faciəvi süqutundan 33 il keçib. Bu gün biz gürcü tərəfdaşlarımızla birlikdə, Gürcüstanı müdafiə edərkən həyatını qurban verənlərin və müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalanların fədakarlığını və cəsarətini yad edirik”, – deyə səfirliyin məlumatında qeyd olunub.