ABŞ Səfirliyi - Birləşmiş Ştatlar dözümsüzlük, ayrı-seçkilik və ədalətsizliyə qarşı mübarizədə bütün dünyada LGBTQ+ insanların yanındadır
Birləşmiş Ştatlar dözümsüzlük, ayrı-seçkilik və ədalətsizliyə qarşı mübarizədə bütün dünyada LGBTQ+ insanların yanındadır, – bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
“Bu ay LGBTQ+ icmasına onları sevdiklərini və qiymətləndirdiklərini xatırladırıq. Birləşmiş Ştatlar sizi olduğunuz kimk görə qəbul edir – ləyaqət, hörmət və dəstəyə layiq. Bu gün və hər gün Birləşmiş Ştatlar dözümsüzlük, ayrı-seçkilik və ədalətsizliyə qarşı davam edən mübarizədə bütün dünyada LGBTQ+ insanların yanındadır”, – ABŞ-ın Gürcüstandakı səfirliyinin “feysbuk” səhifəsində yayılan bəyanatında deyilir.