ABŞ səfirliyi - Amerika Birləşmiş Ştatları Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etməyib
ABŞ səfirliyi - Amerika Birləşmiş Ştatları Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etməyib

ABŞ-ın Gürcüstandakı səfirliyi mətbuatda yayılan məlumatlara münasibət bildirib və bildirir ki, ABŞ Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etməyib.

“ABŞ-Gürcüstan müdafiə əlaqələri qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və Gürcüstanı gələcək təcavüzün qarşısını almaq və suveren ərazisini qorumaq üçün dəstəkləməyə əsaslanıb, bu da Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır. ABŞ Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etməyib”- səfirliyin bəyanatında deyilir.

Ötən gün “Mtavari Arxi” teleşirkəti məlumat yayıb ki, “Gürcü Arzusu” 2021-ci ildə Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə nazirinə ölkədə Amerika hərbi bazası açılmasına yox cavabı verib.