ABŞ səfirliyi – ABŞ və Gürcüstan müdafiə sahəsində əməkdaşlığı gücləndirir
ABŞ-ın Gürcüstandakı səfirliyinin yaydığı bəyanatda deyilir ki, ABŞ və Gürcüstan müdafiə sahəsində əməkdaşlığı gücləndirir.
“EUCOM-un tərəfdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq və kosmos potensialı üzrə direktor müavini, briqada generalı Eduard Von Gürcüstanın Müdafiə Hazırlığı Proqramını (GDRP) ümumiləşdirmək və Gürcüstanın Müdafiə və Caydırıcılıq Təşəbbüsünü (GDDE) başlatmaq üçün gürcü həmkarları ilə görüşüb.
GDRP proqramı Gürcüstanın ərazi müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirən ABŞ-ın təhlükəsizlik sahəsində ilk əməkdaşlıq səyidir və 2018-ci ilin may ayından etibarən EUCOM-un Gürcüstanla ikitərəfli əməkdaşlığının mərkəzi komponentidir. GDRP proqramı bu ilin sonuna qədər tamamlanacaq. GDRP ABŞ Müdafiə Nazirliyinin Gürcüstan Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Qüvvələri ilə birgə çoxillik investisiyası olan GDDEI Proqramı ilə əvəz olunacaq.
Görüşdə tərəflər GDRP-in əldə etdiyi nailiyyətləri ümumiləşdirərək, GDDEI proqramına necə keçməyi müzakirə ediblər ki, bu da öz növbəsində ikitərəfli əməkdaşlığın inkişafının ifadəsidir. Oktyabr ayında Dövlət Katibi Ostin və Gürcüstanın Müdafiə Naziri Burçuladze tərəfindən elan edilmiş GDDEI, təhlükəsizliyin ümumi maraqları çərçivəsində Gürcüstan Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Qüvvələrinin daha da modernləşdirilməsi və inkişafı üçün nəzərdə tutulub. O, GDRP-yə əsaslanır və təşkilati dəyişikliklərin idarə edilməsi (Gürcüstanın müdafiə sektorunda institusional potensialın gücləndirilməsi) vasitəsilə institusional islahatlara və potensialın gücləndirilməsinə (təlim briqadaları və ərazi müdafiəsi üçün birləşmiş silahlanma əməliyyatlarında məşğulluq) diqqət yetirir.
GDDEI birbaşa GDRP-nin nailiyyətlərindən götürülür və Birləşmiş Ştatların Gürcüstana davamlı sadiqliyini və ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əhəmiyyətini nümayiş etdirir.