ABŞ Səfirliyi - ABŞ proqramlarla Gürcüstanın məhkəmə sistemini dəstəkləyir, hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, apolitik yardımımız göstərilir
ABŞ Səfirliyi - ABŞ proqramlarla Gürcüstanın məhkəmə sistemini dəstəkləyir, hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, apolitik yardımımız göstərilir

 

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyinin bəyanatına  əsasən, ABŞ proqramlarla Gürcüstanın məhkəmə sistemini dəstəkləyir, bu onun müstəqilliyinin və imkanlarının gücləndirilməsinə yönəlib.

Onların verdiyi izahatda, hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq ABŞ-ın qeyri-partiyalı, apolitik dəstəyinin göstərildiyi deyilir.

“Amerika Birləşmiş Ştatları 30 ildir Gürcüstanın məhkəmə sistemini proqramlarla dəstəkləyir, bu onun müstəqilliyinin və imkanlarının gücləndirilməsinə yönəlib. Hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq qeyri-partiyalı, apolitik dəstəyimiz göstərilir. Əminik ki, səylərimiz həm Gürcüstan, həm də ABŞ qanunvericiliyinə uyğundur” – deyə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.