ABŞ Səfirliyi - "Ədalətli seçkilərin" buraxılmaması parlamentin seçki islahatları prosesinin səmimiliyinə dair suallar doğurur
ABŞ Səfirliyi - "Ədalətli seçkilərin" buraxılmaması parlamentin seçki islahatları prosesinin səmimiliyinə dair suallar doğurur

 

“Ədalətli seçkilərin” buraxılmaması parlamentin seçki islahatları prosesinin səmimiliyinə dair suallar doğurur- bu barədə Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda, Gürcüstanın ən etibarlı və təcrübəli seçki müşahidəçi təşkilatlarından biri olan ISFED-in seçki islahatları üzrə parlament işçi qrupunda iştirakına icazə verilməməsinin , Avropa Komissiyasının Gürcüstanın “qərarların qəbul edilməsi prosesinin bütün səviyyələrində vətəndaş cəmiyyətinin iştirakını təmin etməli” olmasını nəzərdə tutan tövsiyyəsinə zidd olduğu deyilir.

“Tərəfdaş təşkilatlar tərəfindən səriştəsinə, peşəkarlığına və seçki islahatları sahəsində uzunmüddətli təcrübəsinə görə ISFED işçi qrupunda vətəndaş cəmiyyətini təmsil etmək üçün seçilib. Vətəndaş cəmiyyəti təşkilatları bir sıra məsələlərdə xalqın səsidir və vətəndaşların ehtiyaclarının, prioritetlərinin və seçimlərinin təmin edilməsində mühüm rol oynayır. ISFED-in buraxılmaması parlamentin seçki islahatları prosesinin səmimiliyinə dair suallar doğurur” -deyə ABŞ Səfirliyinin bəyanatında deyilir.