ABŞ “Russia Today” və onun əməkdaşlarına sanksiyalar tətbiq edib
ABŞ “Russia Today” və onun əməkdaşlarına sanksiyalar tətbiq edib

 
ABŞ-nin Maliyyə Nazirliyi Rusiya hökuməti tərəfindən maliyyələşdirilən beynəlxalq televiziya şəbəkəsi “Russia Today” və onun bir neçə əməkdaşına, o cümlədən telekanalın baş redaktoru Marqarita Simonyana sanksiyalar tətbiq edib.

ABŞ-nin Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, sanksiyalar Moskvanın 2024-cü ilin ABŞ prezident seçkilərinə müdaxilə cəhdinə cavab olaraq qəbul edilib.

Sanksiyalar 10 fiziki şəxs və iki təşkilata tətbiq edilib.

“Rossiya Segodnya” media qrupuna qarşı tətbiq edilən məhdudiyyətlər onun beş törəmə strukturuna da şamil edilir. “Russia Today”dən başqa bunlar: “Ria Novosti”, “TV-Novosti”, “Ruptly” və “Sputnik”dir.

ABŞ-nin Maliyyə Nazirliyi həmçinin (ANO) “Dialoq” muxtar qeyri-kommersiya təşkilatı və onun rəhbəri Vladimir Tabaka da sanksiya tətbiq edib. 2023-cü ilin sentyabrında müstəqil rusdilli nəşrlərin müəyyən etdiyi üzrə, “Dialoq” Ukraynadakı müharibə ilə bağlı yalan məlumatın yayılmasının genişmiqyaslı kampaniyalarına görə məsuliyyət daşıyır.

“Russia Today” və “Dialoq”un əməkdaşlarından başqa, “RaHDit” haker qrupunun üç üzvünə sanksiya tətbiq edilib. ABŞ-da iddia edirlər ki, hər üç şəxs “Rusiya kəşfiyyatının hazırkı və ya keçmiş zabitidir”.

ABŞ-nin Maliyyə Nazirliyinin bəyanatına əsasən, Rusiya dövlət strukturları ABŞ-da “seçki prosesinə etimadı sarsıtmaq” və səsvermənin nəticələrinə təsir göstərmək üçün süni intellekt texnologiyalarından, “deepfake” və dezinformasiyadan istifadə edirlər.

Ağ Evin mətbuat katibi Con Kirbi “Russia Today”in Rusiya Prezidenti Vladimir Putinin razılığı ilə fəaliyyət göstərdiyini bildirib.

May ayında ABŞ-nin Milli Kəşfiyyatının direktoru Evril Heins ABŞ prezident seçkiləri üçün Rusiyanı “ən aktiv xarici təhlükə” adlandırmışdı.

Heins bildirib ki, dezinformasiya kampaniyaları çərçivəsində Moskva seçicilərdə qəzəb yaratmaq üçün ABŞ-da miqrasiya ilə bağlı debatlara təsir göstərməyə çalışıb.

İyul ayında ABŞ-nin Ədliyyə Nazirliyində “X” sosial şəbəkəsində “Botfer” tərəfindən aparılan Rusiyanın dezinformasiya kampaniyasının qarşısını aldıqlarını bəyan ediblər.

“France Presse”nin xəbər verdiyi üzrə, ABŞ-da parçalanmanın qızışdırılması planını “Russia Today”in redaktoru hazırlayıb, o, Kreml tərəfindən maliyyələşdirilirdi və Rusiya xüsusi xidmət orqanları onu dəstəkləyirdi.